İranda aptekdə 5 nəfəri girov götürən hücumçu öldürülüb, girovlar xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Şirazın Sədra qəsəbəsində aptekdən oğurluğa cəhd edən 35 yaşlı hücumçu 5 nəfəri girov götürüb.
Fars əyalətinin polis rəisi Reham Bəhş Həbibi bildirib ki, polis qrupları hadisə yerinə gəldikdən sonra zabitlərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib.
İran rəsmisi bildirib ki, polisin müdaxiləsi ilə bütün girovlar xilas edilib, hücum edən şəxs isə güllələnib.