Əxlaqsızlığa cəlb edilən 15 yaşlı qızla bağlı Açıqlamabackend

Əxlaqsızlığa cəlb edilən 15 yaşlı qızla bağlı Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə virtualaz.org saytına birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, şöbənin əməkdaşları Arif Məmmədovla (ad şərtidir-red.) görüşüblər. Bir müddət küçədə yaşayan uşaq valideynləri haqqında məlumat verib. DİN əməkdaşları Arifin azyaşlı bacısının əxlaqsızlığa cəlb edilməsi ilə bağlı məlumatı da araşdıracaq.

Qeyd edək ki, 14 yaşlı yeniyetmə ilə bağlı yazı virtualaz.org saytında dərc olunub. Arif Məmmədov saytın əməkdaşlarına valideynlərinin ayrıldığını, anasının əxlaqsızlıq etdiyini, 15 yaşlı bacısının da anası tərəfindən əxlaqsızlığa sövq edildiyini bildirmişdi.

Yeniyetmə bir müddət metronun “Koroğlu” stansiyasında dilənçilik edib, oğurluqla məşğul olan uşaqlara qoşulub.

Onun anası və bacısı ilə bağlı dedikləri təsdiqlənərsə, valideynləri məsuliyyətə cəlb olunacaq.

İnterpress.az