Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bu barədə İnterpress.az-a hadisə şahidləri məlumat veriblər.
Məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Çaparlı kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.