Biləsuvarda yol qəzası olub, xəsarət alanlar varbackend

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində, ilkin məlumata görə, beş nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.