Ölkəmizin Yekaterinburqdakı baş konsulu Sultan Qasımov məsələni Tomsk vilayəti qubernatorunun aparatı və Tomsk şəhər meri İvan Klyaynla müzakirə edib və Azərbaycanın narahatlığını ifadə edib.
Həmçinin Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən Tomsk Dövlət Universitetinə etiraz məktubu ünvanlanıb.
Tomsk Dövlət Universitetinin rektoru Eduard Qalanjinskiy S. Qasımova Azərbaycanın narazılığına səbəb olan bu məsələyə görə üzrxahlığını ifadə edib, universitet rəhbərliyi tərəfindən məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyini bildirib. ( apa )
İnterpress.az