Ekspertlərin fikrincə, vəziyyət belə davam edərsə 2020-ci ildə İran neft idxal edən ölkə olacaq. İnterpress.az xəbər verir ki, embarqo altında olduğuna görə neftdən başqa demək olar heç bir gəliri olmayan İran bu böhranı digər neft ölkələrindən fərqli olaraq daha ağır keçirir.
İran OPEK ölkələrinə neftin hasilatını azaltmaq barədə çağırış etsə də, təşkilatda əsas söz sahibi olan Səudiyyə Ərəbistanı bu çağırışa müsbət cavab verməyib.
Türkiyəli ekspert Tuğçe Varolun sözərinə görə, Səudiyyə Ərəbistanının məqsədi İranı neft bazarından çəkməkdir.
Artıq İranın neft hasilatı 3 dəfəyə qədər azalaraq 1 milyon barelə düşüb. Varol bildirib ki, İran çəkildiyi neft sahələrindən yataqlara duzlu su vurur.
Əgər belə davam edərsə İranın əlindəki neft mədənlərinin sayı o dərəcədə azalacaq ki, 2020-ci ildə idxalçı ölkəyə çevriləcək.
İnterpress.az