Rusiya hökuməti daxili bazarda qiymət artımı ilə əlaqədar benzin və dizelin ixracını məhdudlaşdırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rusiya hökumətinin verdiyi açıqlamaya görə, daxili bazarda yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarı onları balanslaşdırmaq üçün qəbul edilib.
Açıqlamada benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər qoyulduğu bildirilib və “Müvəqqəti məhdudiyyətlər yanacaq bazarında təklifə kömək edəcək ki, bu da istehlakçılar üçün qiymətlərin azalmasına səbəb olacaq”.
Rusiyada bir müddətdir ki, rublun məzənnəsinin xarici valyutalar qarşısında zəifləməsi və ixracın artması səbəbindən benzin və dizelin qiyməti qalxır.