Fransada işdən qovulan qadın lotereyada 109,3 milyon avro udubbackend

Fransada işdən qovulan qadın lotereyada 109,3 milyon avro udub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada bir müddət əvvəl işdən çıxarılan qadının oynadığı lotereyadan 109,3 milyon avroluq cekpot qazandığı bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Fransanın milli lotereya oyunlarının operatoru FDJ-nin verdiyi açıqlamaya görə, Morhiban şəhərində yaşayan və bir müddət əvvəl işdən çıxarılan qadın şansını dəyişmək üçün Euromillions lotereyasından bilet alıb. Şəxsiyyətinin açıqlanmasını istəməyən və 50 yaşında olduğu deyilən qadın biletini yoxlayanda lotereyada udduğunu anlayıb.

Əvvəlcə mükafatın nə qədər olmasından xəbəri olmayan şanslı qalib onlayn araşdırmasında ümumilikdə 109 milyon 268 min 140 avro qazandığını öyrənib.

Bonus çekini alan qadın açıqlamasında deyib: “Adətən ildırım vurma ehtimalı lotereyada udmaq ehtimalından yüksəkdir. Heç kim taleyin burulğanını başa düşə bilməz”.

Bəxtəvər qadın iş stresindən uzaqlaşacağını, qazandığı pulla vəqf fəaliyyətlərinə qatılacağını, arzuladığı evi aldıqdan sonra çox istədiyi Meksika və Taylanda səyahətə çıxacağını bildirib.