Venesuela illərdir banda nəzarətində olan həbsxananı geri alıbbackend

Venesuela illərdir banda nəzarətində olan həbsxananı geri alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela hökuməti 11 min əsgərlə müdaxilə edərək, illərdir ölkədəki quldur dəstələrindən birinin nəzarətində olan həbsxananı geri alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Venesuela mətbuatında çıxan xəbərlərə görə, hökumət ölkənin ən böyük həbsxanalarından biri olan Tocoron həbsxanası üçün hərəkətə keçib.

İllərdir ölkənin ən böyük dəstələrindən olan “Tren de Aragua” çetesinin nəzarətində olan həbsxananı geri almaq üçün bölgəyə 11 min əsgər göndərilib.

Səlahiyyətlilər həbsxanada nəzarəti bərpa edilən 6 min məhbusun başqa həbsxanalara göndəriləcəyini bildirib.

Venesuela Daxili İşlər Nazirliyinin verilən açıqlamada həbsxanaya nəzarətin bərpa olunmasında rolu olan hər kəs təbrik edilib. Tren de Araqua bandasının lideri Hector Guerrero Flores 17 illik həbs cəzasını çəkirdi.

Tocoron həbsxanasındakı məhbuslar illərdir ki, binanın daxilindəki hissələrdə sərbəst hərəkət edə bilir və qanunsuz olaraq tikdikləri hovuzlar, gecə klubları və mini zooparklar kimi ərazilərdə vaxt keçirirdilər.