Fil Dişi Sahilində sirli xəstəlik panikası: 9 nəfər ölübbackend

Fil Dişi Sahilində sirli xəstəlik panikası: 9 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fil Dişi Sahilinin içərilərindəki kəndlərdən birində oxşar simptomlarla 9 nəfərin ölümü ölkədə “müəmmalı xəstəlik” şayiələrinə səbəb olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ölkə mətbuatında yer alan xəbərə görə, ölkənin ikinci böyük şəhəri Buake yaxınlığındakı Nyanqban kəndində ürəkbulanma, qusma, ishal və halsızlıq şikayətləri ilə ümumilikdə 71 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfər isə dünyasını dəyişib.

İctimaiyyətdə “müəmmalı xəstəlik” kimi qələmə verilən xəstəlikdən dünyasını dəyişənlərin əksəriyyətinin uşaqlar olduğu qeyd edilsə də, ölümlərə “tərkibində pestisid olan qarğıdalı unu sıyığı”nın səbəb ola biləcəyi iddia edilib.

Səhiyyə Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

İlin əvvəlindən Fil Dişi Sahilində baş verən 5 kütləvi qida zəhərlənməsi hadisəsi nəticəsində 131 nəfər xəstəxanaya yerləşdirilib, 32 nəfər dünyasını dəyişib.

Bir neçə ailənin bir araya gələrək birgə yemək bişirdiyi kənd yerlərində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün istifadə olunan pestisidlər tez-tez kütləvi qida zəhərlənməsinə səbəb olur.