Gürcüstanda yanacağın qiyməti qalxa bilərbackend

Gürcüstanda yanacağın qiyməti qalxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın gələcəkdə Gürcüstanda yanacağın qiyməti Rusiyadakı mövcud vəziyyətdən və başqa mənbədən yanacağın idxalının bizə nə qədər baha oturmasından asılı olaraq 10 tetriyə qədər arta bilər”.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə “İnterpressnews”a “Neft Məhsulları İdxalçıları Birliyinin” sədri Vaxtanq İobaşvili məlumat verib.

Onun sözlərinə görə, Avropa ölkələrində yanacaq Rusiyadan bahadır.

“Pərakəndə bazarda qiymət fərqinin yalnız bir səbəbi var. Bunun səbəbi Rusiyanın ölkədə yanacaq çatışmazlığı ilə üzləşməsi və buna görə də artıq tələblərə cavab verə bilməməsidir. Pərakəndə satış şəbəkəsində bu, bizim üçün daha bahadır, çünki bəzi partiyaları dəyişib Avropa ölkələrindən, xüsusilə Finlandiya və Bolqarıstandan gətirmişik və təbii ki, Avropa ölkələrində də bahadır. Daha ucuz mənbə olduğu üçün Rusiyadan idxal edirdik və siz də bilirsiniz ki, biznes məhsulu harada ucuz olarsa, ordan gətirir, ona görə də yanacağın bahalaşmasının səbəbi Rusiyadan tədarükdə problem olmasıdır. Sabah nə olacağını heç kim müəyyən edə bilməz, mən onun arta biləcəyini gözləyirəm, amma azala bilər, belə aritmiyalar neft bazarını həmişə müşayiət edir”, – Vaxtanq İobaşvili bildirib.