Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri ilə görüşübbackend

Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhananla görüşüb.

Bu barədə “İnterpress.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.