Amerikalıların yarısı Hollivud aktyorlarının və ssenaristlərinin tətilini dəstəkləyirbackend

Amerikalıların yarısı Hollivud aktyorlarının və ssenaristlərinin tətilini dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da keçirilən sorğuda iştirak edənlərin yarısının Hollivudda iş zəmanəti və maaş təminatı səbəbiylə tətil edən aktyor və ssenaristlərin aksiyasını dəstəklədiyi məlum olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Associated Press (AP) agentliyinin NORC İctimai Əlaqələr Mərkəzi ilə birgə keçirdiyi sorğuda vətəndaşların aktyor və ssenaristlərin tətilinə baxışları qiymətləndirilib.

Sorğu 7-11 sentyabr tarixləri arasında 1146 nəfərlə aparılıb.

İştirakçıların 50 faizi tətili dəstəklədiyi halda, 40 faizi hadisə ilə maraqlanmadığını, təxminən 10 faizi isə tətili dəstəkləmədiyini bildirib.

Anket həmçinin səs verdiyi siyasi partiya kontekstində tətilə verilən dəstəyi ölçüb.

Demokratların 70 faizinin tətilə rəğbət bəslədiyi, respublikaçıların təxminən 40 faizinin isə rəğbətini ifadə etdiyi qeyd edilib.

Bundan əlavə, sorğuda iştirak edənlərin təxminən 48 faizinin ssenaristləri əvəz edən süni intellektə dəstək vermədiyi, 10 faizinin isə bu fikri bəyəndiyi görülüb.