Vəfat edən pasiyentin adına kredit götürən həkim SAXLANILDIbackend

Vəfat edən pasiyentin adına kredit götürən həkim SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada həkim vəfat etmiş qadının adına 1,16 milyon rubl kredit götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada xəstəxana həkimi dünyasını dəyişən qadının adına bank tətbiqi vasitəsilə 1,16 milyon rubl (təxminən 23 900 manat) məbləğində kredit rəsmiləşdirib.

Məlumata görə, 57 yaşlı qadın avqustun 18-də vəfat edib, cəmi bir gün sonra isə onun mobil bank hesabına daxil olunaraq adına kredit götürülüb.

Vəsait mərhumun kartına daxil olan kimi dərhal başqa hesaba köçürülərək mənimsənilib.

Dələduzluq faktı üzrə aparılan araşdırma nəticəsində paytaxt xəstəxanalarından birində çalışan 38 yaşlı infeksionist həkim şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az