Meksikanın Verakruz əyalətində bir evdə silahlı hücum nəticəsində həlak olan 5 nəfərin cəsədi tapılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksika mətbuatında yer alan xəbərə görə, Emiliano Sapata qəsəbəsindəki evdə tapança ilə öldürülən 5 nəfərin cəsədi tapılıb.
Xəbər üzərinə hadisə yerinə gələn polis və sağlamlıq qrupları cəsədlərin 5 kişiyə aid olduğunu açıqlayıb.
Həmin şəxslərin meyitləri şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.
Hadisə ilə bağlı təhqiqat başlansa da, hücumun qruplaşmanın qarşıdurması nəticəsində baş verdiyi ehtimal edilir.