ÜST-nin baş direktoru Qebreyesus bildirib ki, daşqının baş verdiyi Liviyada vəziyyət narahat olmaqda davam edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qebreyesus daşqınlardan əziyyət çəkən Liviyada vəziyyətlə bağlı açıqlama yayıb:
“Liviyadakı vəziyyət narahat olmaqda davam edir. ÜST insanların psixososial dəstək də daxil olmaqla sağlamlıq xidmətlərindən istifadə etməsinə kömək etmək üçün yerli hakimiyyət orqanları ilə işləyir”.
O əlavə edib k, su və qida problemini aradan qaldırmaq lazımdır və müxtəlif xəstəliklərin əlamətləri aşkar edilərsə, onların yayılmasının qarşısı alınmalıdır”.
ÜST rəhbəri qeyd edib ki, bu məqsədlə xəstəliyin erkən xəbərdarlıq sistemini gücləndirmək üçün mübarizə aparılır.
Xatırladaq ki, sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran “Daniel fırtınası” Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe sel səbəbiylə sentyabrın 11-də ölkə daxilində 3 günlük matəm elan edib və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib.
ÜST həmçinin Liviyada daşqınlar nəticəsində 4 mindən çox insanın öldüyünü, 8 min 500-dən çox insanın isə hələ də itkin düşdüyünü açıqlayıb.