Gürcüstanın Rustavi şəhərində bir nəfər güllələnib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
40 yaşlarında kişi tanışı, 50 yaşlı kişi tərəfindən bir neçə dəfə güllələnib.
Yaralı tezliklə Rustavi klinikasına köçürülüb və orada müvafiq əməliyyat olunub.
Yaralının səhhəti stabildir, həyatı üçün təhlükə yoxdur.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində polis 1 nəfəri təqsirləndirilən şəxs qismində saxlayıb. Əldə olan məlumata görə, kişilər arasında əvvəllər də müəyyən fikir ayrılıqları olub.
Hadisə ilə bağlı araşdırma aparılır.