Azərbaycanda problemli kreditlərin məbləği 20 % azalıbbackend

Azərbaycanda problemli kreditlərin məbləği 20 % azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 519,8 milyon manat təşkil edib.

İnterpress.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,7 % azdır.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 12,4 %, son 1 ildə isə 20 % azalıb.

Bu il sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət avqustun sonuna 2,4 %, ötən ilin sonuna 2,9 %, ötən il sentyabrın sonuna isə 3,3 % olub.