Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Araşdırma Komissiyasının sədri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Fələstinin Qəzza bölgəsinə səfər edəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Səfərin məqsədi insan haqları pozuntularını yerində araşdırmaqdır.
TBMM İnsan Haqları Araşdırma Komissiyası AK Partiya Osmaniye Millət vəkili Derya Yanıkın sədrliyi ilə toplanıb. Görüşdən sonra jurnalistlərə açıqlama verən Yanık bunları deyib: “İnsan haqları pozuntularını yerində araşdırmaq üçün Fələstinin Qəzza bölgəsinə səfər etmək üçün işimizə başladıq”.