Almaniya körfəzində yük gəmilərindən biri toqquşaraq batıbbackend

Almaniya körfəzində yük gəmilərindən biri toqquşaraq batıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya körfəzində Şimal dənizinin cənub-şərqində iki yük gəmisi toqquşub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Gəmilərdən biri batıb, itkin düşmüş heyətə çatmaq üçün işlər aparılır.

Rəsmi məlumatda deyilr k, Alman körfəzində çərşənbə axşamı səhər tezdən (saat 5 radələrində) gəmi toqquşub.

“POLESIE” və “VERITY” yük gəmiləri Heliqoland adasından təqribən 22 kilometr cənub-qərbdə və Langeooq adasından 31 kilometr şimal-şərqdə toqquşub.

“Verity” yük gəmisinin toqquşmadan sonra batdığını bildirən səlahiyyətlilər deyib ki, bir nəfər sudan xilas edilib və ona tibbi yardım göstərilib.

Digərləri hazırda itkin düşüb. Sağ qalanların axtarışları davam edir. “POLESIE” sudadır. Gəmidə 22 nəfər var. Verity adlı 91 metr uzunluğundakı yük gəmisinin Britaniya, 190 metr uzunluğundakı Polesie adlı yük gəmisinin isə Baham adaları bayrağı altında olduğu vurğulanıb.