Azərbaycanla yanaşı Gürcüstana sa elektromobillərin idxalı artırbackend

Azərbaycanla yanaşı Gürcüstana sa elektromobillərin idxalı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstana elektriklə işləyən avtomobillərin idxalı artır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bu ilin 9 ayında Gürcüstana 1 336 ədəd (37 353 milyon ABŞ dolları), ötən ilin eyni dövründə 913 ədəd (20 089 milyon ABŞ dolları), 2021-ci ilin yanvar-sentyabr aylarında – 251 ədəd (4,782 milyon ABŞ dolları) elektromobil idxal edilib.

Bununla belə, bu il idxal edilən elektrik avtomobillərinin 52,1%-i ABŞ-dan, 26%-i Çindən və 6,8%-i Yaponiyadan gəlir.

2023-cü ilin 9 ayında ölkəyə elektriklə işləyən avtomobillər ən çox bu ölkələrdən gəlib:

İlk 5 ölkə:
ABŞ – 697 ədəd (15,413 milyon ABŞ dolları)
Çin – 356 ədəd (11,107 milyon ABŞ dolları)
Yaponiya – 91 ədəd (629,2 min ABŞ dolları)
Almaniya – 87 ədəd (6,740 milyon ABŞ dolları)
Birləşmiş Ərəb Əmirlikləri – 40 ədəd (1,428 milyon dollar)

Qeyd edək ki, orta hesabla bir elektromobilin qiyməti 27-28 min dollar təşkil edir.