Suriyanın şimal-şərqindəki ABŞ bazasına PUA hücumu həyata keçirilibbackend

Suriyanın şimal-şərqindəki ABŞ bazasına PUA hücumu həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Hasəkə vilayətinin Malikiyye rayonundakı ABŞ bazasına PUA hücumu həyata keçirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli mənbələrdən əldə edilən məlumata görə, İraq sərhədinə yaxın Malikiyye rayonunda ABŞ qüvvələrinin Robarya bazasına mənşəyi məlum olmayan silahlı pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib. Hücumda maddi ziyan meydana gəlsə də, can itkisinin olub olmadığı məlum deyil. Hücumla bağlı hələlik heç bir açıqlama verilməyib. Suriyanın cənubunda ABŞ ordusunun yerləşdiyi Tenf bölgəsindəki bazaya səhər saatlarında mənşəyi məlum olmayan 3 PUA ilə hücum cəhdi edilib. İranın dəstəklədiyi terrorçu qruplar vaxtaşırı ABŞ-ın Fərat çayının şərq sahilindəki bazalarına raket və PUA-larla hücum edir. Hədəf edilən bölgələr terror təşkilatı PKK/YPG tərəfindən işğal olunub. Terrorçu qruplar oktyabrın 19-da ABŞ qüvvələrinin yerləşdirildiyi Koniko qaz yatağının ətrafına PUA hücumu həyata keçirib.