Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun 7 saylı tam orda məktəbinin 2-ci sinif şagirdləri ilə birgə Xaçmaz şəhəri ərazisində “Yollarda ölümsüz bir gün!” devizi altında tədbir keçiriblər.
Bu barədə İnterpress.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Polis əməkdaşlarının nəzarəti ilə uşaqlara əyani formada yollardan və səkilərdən istifadə qaydaları göstərilib, yol nişanları barədə ətraflı məlumatlar verilib. Uşaqlar 1 günlük yol polisi olaraq sürücü və piyadaları dayandırıb, onlara yollarda ehtiyatlı olmağı xatırladıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, dərs ilinin başlanması ilə əlaqədar olaraq yollarda uşaqların həyat və sağlamlığının qorunması, eyni zamanda uşaqlara az yaşından yol hərəkəti qaydalarının aşılanması məqsədilə bu növ tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriliəcək.
Tədbirin sonunda məktəblilərlə polis əməkdaşları xatirə şəkli çəkdiriblər.