Mərkəzi Afrika Respublikasının (CAR) Haut-Mbomou bölgəsində 8 tələbə üsyançılar tərəfindən qaçırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mətbuatda yer alan xəbərlərə görə, CAR Sülh Birliyi (UPC) adlı üsyançı qruplaşma üzvləri Haut-Mbomounun Zemio rayonunda 8 tələbəni qaçırıblar.
UPC üzvləri hər tələbənin ailələrindən 100 min CFA frank (təxminən 4 min 500 TL) fidyə tələb ediblər.
20-dən çox silahlı dəstənin fəaliyyət göstərdiyi CAR-da ordu bu qruplaşmalara qarşı əməliyyatlar aparır.
Ölkədəki üsyançı qrup üzvləri tez-tez insanları qaçırır və fidyə tələb edirlər.