Serbiyanın Novi Sad şəhərində başlayan və bütün ölkəyə yayılan poçt işçilərinin tətili səbəbindən paylama dayanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Serb Poçt Müəssisəsində çalışan, yaxşı iş şəraiti və daha çox maaş tələb edən poçtalyonlar tərəfindən 3 gün əvvəl başlayan tətildən sonra paylama mərkəzlərində yığılan külli miqdarda poçt bütün ölkəyə yayılıb.
Adını açıqlamaq istəməyən poçtalyon açıqlamasında minlərlə həmkarının tətildə iştirak etdiyini və onların tələbləri ilə bağlı hakimiyyətlə razılığın əldə olunmadığını bildirib.
Tətil edən poçtalyonlar media qurumlarına göndərdikləri məktubda həm birlik, nə də siyasi mənşəli təşkilatlanmadıqlarını, hüquqlarını müdafiə etməyi hədəflədiklərini vurğulayıblar.
Poçt işçilərinin başlatdığı tətilin nə vaxt bitəcəyi ilə bağlı məlumat paylaşılmayıb.