Polşada Marneuli bələdiyyəsinin Sabirkənd sakini olan 40 yaşlı şəxs qətlə yetirilib.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 20-də baş verib.
Bildirilib ki, bu yaxınlarda Gürcüstan vətəndaşı olan şəxs avtomobil gətirmək üçün Polşaya gedib.
Qətlin hansı əsasla və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.