BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Throssell qorunan xəstəxanaların hədəfə alınması beynəlxalq humanitar hüququn pozulması deməkdir. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Throssell BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında İsrail və Fələstin arasında davam edən münaqişələrlə bağlı qiymətləndirmələr edib.
Kollektiv cəza tətbiqinin beynəlxalq hüququ da pozduğunu bildirən Throssell Qəzzada insanların bu səbəbdən əsas qida və xidmətlərə çıxışını itirdiklərini xatırladıb.