Kürdəmirdə Heydər Əliyev ili və 8 noyabr Zəfər günü ərəfəsində rayon peşə liseyinin təşəbbüsü və təşkilatçılığı ilə “Zəfərə gedən yol”adlı tədbir keçrilib.
İnterpress.az xəbər verir ki, rayonun Heydər Əliyev mərkəzində reallaşan tədbirdə əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər qərənfillər düzdülər.Sonra mərkəzdə təşkil olunan bayram tədbirində əvvəlcə dövlət himni səsləndi.Sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən eləcədə bizə zəfər gününü yaşadan vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə şəhid ailələri,qazilər,vətən müharibəsi iştirakçıları,peşə liseyinin kollektivi eləcədə rayon içtimayyətinin nümayəndələri iştirak etdilər.Tədbirdə liseyin direktoru Nurlan Abdullayev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd etdi.Bildirdi ki,Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər ordumuzun şücaəti ilə 30 ildən artıq işğal altında qalmış torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu və 2023-cü ilin sentyabr ayında ordumuzun apardığı antiterror əməliyyatı nəticəsində isə ordumuz Qarabağ məsələsinə son qoyuldu və biz artıq bütöv bir Azərbaycan olduq.Bundan başqa peşə liseyinin tələbələrinin ifasında torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndi, səhnəciklər göstərildi və kompazisiyalar nümayiş etdirildi.Eynu zamanda 44 günlük Vətən müharibəsini əks etdirən video-çarxlar, ölkə Prezidentinin Qələbəyə inam dolu çıxışlarından hazırlanmış slaydlar nümayiş edildi.