Separatçıların mövqelərinə doğru irəlilədiyini deyən Ukrayna könüllüləri bir neçə kəndi ələ keçirdiyini bəyan edirlər.
İnterpress.az xəbər verir ki, BBC Ukraynaca Xidmətinə danışan Ukrayna hərbiyyəsinin nümayəndəsi “Azov”un hücumu barədə məlumatları şərh etməkdən imtina edib.
Çərşənbə axşamı rusiyapərəst üsyançılar mühüm Debaltsevo şəhərini mühasirəyə aldığını bəyan ediblər. Lakin Ukrayna ordusu şəhərin əsas yolu uğrunda hələ də mübarizə apardığını bildirir.
\”Biz Novoazavosk şəhərinə doğru irəliləyirik”, – Mariupoldan “Azov” batalyonunun komandiri bildirib.
Müstəqil hərəkət etdiyini deyən Andrey Biletski Ukrayna ordusundan dəstək umduğunu deyib.
Ötən ay Ukrayna şəqindəki şəhərə üsyançıların raket hücumları onlarla adamın ölümünə bais olub.
Ukrayna hökuməti şənbə günü separatçıların Mariupol üzərinə hücuma keçəcəyini hesab edir.
Bundan əvvəl Ukrayna separatçıları Mariupol şəhərinə əlavə Ukrayna qüvvələrinin yerləşdirildiyini deyib. Tanınmamış “Donetsk Xalq Respublikasının” nümayəndəsi bunu hücuma hazırlıq əlaməti kimi dəyərləndirib, Reuters agentliyi bildirir.
Dənizkənarı Mariupol şəhəri separatçıların nəzarət etdiyi bölgə ilə ötən il Rusiya tərəfindən ilhaq edilmiş Krım arasında strateji əhəmiyyətə malik ərazidə yerləşir.
Ria Novosti agentliyi Krımda 600-dan artıq hərbçinin iştirakı ilə təlimlərinin başladığını xəbər verir.
BMT rəqəmlərinə əsasən ötən ilin aprel ayından bəri davam edən Ukrayna böhranında 5,300-dən artıq adam həyatını itirib və təqribən 1.5 milyon ukraynalı didərgin düşüb.
İnterpress.az