Şimali Koreyanın qanunsuz nüvə və raket proqramı qəti şəkildə pislənibbackend

Şimali Koreyanın qanunsuz nüvə və raket proqramı qəti şəkildə pislənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya və Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığına (UNC) daxil olan ölkələr Şimali Koreyanın “qanunsuz nüvə və ballistik raket proqramını” şiddətlə qınayaraq “Pxenyanın təcavüzünə” birgə cavab vermək barədə razılığa gəliblər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birgə bəyanatda Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) bir çox qətnaməsini pozan qeyri-qanuni nüvə və ballistik raket proqramlarının şiddətlə pisləndiyi bildirilib.

Pxenyanın hər cür qeyri-qanuni davranışa son qoymağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə çağırıldığı görüşdə Şimali Koreyanın təcavüzünə qarşı birgə cavab verilməsi razılaşdırılıb.

Şimali Koreya Cənubi Koreya ilə UNC daxilindəki ölkələr arasında keçirilən görüşə reaksiya verən açıqlama verib.

BMT Komandanlığının dayandırılması çağırışlarının təkrarlandığı bəyanatda bu görüşün Koreya yarımadasında İkinci Koreya Müharibəsinin başlaması üçün lazımi şəraitin yaradıldığının sübutu olduğu bildirilib.

Bəyanatda həmçinin BMT Komandanlığı illər əvvəl ləğv edilməli olan ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli müharibə maşını kimi təsvir edilib.