İsrail oktyabrın 7-dən 8 milyard dollara yaxın borc alıbbackend

İsrail oktyabrın 7-dən 8 milyard dollara yaxın borc alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail HƏMAS-la toqquşmaların başladığı 7 oktyabrdan bu yana təxminən 30 milyard şekel (7,8 milyard dollar) borc götürdüyünü açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrail Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, dollar və beynəlxalq bazarlarda emissiyalar daxil olmaqla, təxminən 8 milyard dollar borc alınıb.

Maliyyə Nazirliyi dünən keçirilən həftəlik istiqraz hərracında yerli bazardan daha 3,7 milyard şekel (təxminən 1 milyard dollar) satın alıb.

Nazirliyin ümumi mühasibat departamenti bəyan edib ki, borclanma İsrailin maliyyə imkanlarına hökumətin bütün ehtiyaclarını tam və optimal şəkildə maliyyələşdirməyə imkan verib.

İsraildə sentyabr ayında 4,6 milyard şekel olaraq qeyd edilən büdcə kəsiri, həm dövlət xərclərinin sürətlə artması, həm də iqtisadiyyatdakı yavaşlama səbəbiylə oktyabr ayında 22,9 milyard şekelə yüksəldi. Bu vəziyyət büdcə kəsirini son 12 ayda 2,6 faizə yüksəldib.