Konqodakı münaqişələrdən qaçan mindən çox insan Uqandaya sığınıbbackend

Konqodakı münaqişələrdən qaçan mindən çox insan Uqandaya sığınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasında (KDR) ordu birlikləri ilə üsyançılar arasında baş verən qarşıdurmalar səbəbilə 1000-dən çox insan qonşu ölkə Uqandaya sığınıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Uqanda Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamaya görə, buradakı bir çox insan evlərini tərk edib.

Açıqlamaya görə, hökumət qüvvələri ilə KDC-də üsyançı qruplar arasında davam edən qarşıdurmalar səbəbindən 1000-dən çox insan qonşu Uqandaya sığınıb.

Uqandaya sığınanların Bundibuqyo bölgəsinə keçdiyi qeyd edilib və qaçqınlara humanitar yardımın edildiyi açıqlanıb.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi DRC-nin şərqi 20 ildir ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Bölgədə fəaliyyət göstərən üsyançı qrupların hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü təxmin edilir.

Uqanda əsasən Konqo Demokratik Respublikası, Cənubi Sudan, Ruanda, Burundi, Eritreya və Somalidən olan 1,5 milyondan çox qaçqına ev sahibliyi edir.