Finlandiya Rusiyanı qeyri-qanuni miqrantları sərhədi keçməyə məcbur etməkdə ittiham edirbackend

Finlandiya Rusiyanı qeyri-qanuni miqrantları sərhədi keçməyə məcbur etməkdə ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Rusiyanı bu ölkəyə qeyri-qanuni mühacirləri zorla göndərməkdə ittiham edib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Finlandiyanın cənub-şərq sərhəd zastavasının rəisi Jouko Kinnuen yerli mətbuata açıqlamasında bildirib ki, Rusiya hakimiyyəti fəal və sistemli şəkildə sərhəd bölgəsinə qeyri-qanuni mühacirləri gətirir və onları Finlandiyaya keçməyə məcbur edir.

Rus səlahiyyətlilərin sərhəd qapılarını açaraq insanları Finlandiya tərəfinə itələdiyini, daha sonra isə sərhəd qapılarını bağladığını, bu insanların geri qayıtmasını qeyri-mümkün etdiyini ifadə edən Kinnunen bir çox mühacirin öz iradələri olmadan Finlandiyaya keçmək məcburiyyətində qaldıqlarını ifadə edib.

Finlandiya noyabrın 16-da sərhəd bölgəsinə qeyri-qanuni immiqrantları gətirdiklərini əsas gətirərək Rusiya ilə dörd sərhəd qapısını bağlayacağını açıqlayıb. Bunun üzərinə minlərlə immiqrant sərhəd bölgəsində gözləməyə başlayıb.