Kareliyada düşərgə rəhbərinə 13 il HƏBS: Qalmaqallı MƏHKƏMƏ PROSESİ – FOTObackend

Kareliyada düşərgə rəhbərinə 13 il HƏBS: Qalmaqallı MƏHKƏMƏ PROSESİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kareliyada düşərgə rəhbərinə 13 il həbs cəzası kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Kareliya Respublikasında məhkəmə düşərgə rəhbərini azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətlərində təqsirli bilərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

İttihama görə, o, meşə gəzintisi zamanı 11 yaşlı qız uşağını nəmli salfetlərlə təmizləyib.

Məlumata əsasən, azyaşlı bir neçə gün yuyunmaqdan imtina etdikdən sonra bədənində yaranan qaşınma ilə bağlı düşərgə rəhbərinə müraciət edib.

Hadisə çadırda, digər üç azyaşlı qızın iştirakı ilə baş verib və uşaq daha sonra paltarlarını geyinərək oynamağa qaçıb.

Qalmaqal bir neçə gün sonra, valideynlərin hadisədən xəbər tutub polisə müraciət etməsi ilə başlayıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində 18 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.

Xuraman Etibarlı

İnterpress.az