2024- cü ildə Gürcüstanın Marneuli bələdiyyəsinin 8 kəndində yeni uşaq bağçasının inşaası planlaşdırılır.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Belə ki, bu barədə bu gün 2024-cü ilin büdcə lahiyəsinin ictimai müzakirəsi zamanı Marneuli bələdiyyəsi meriyasının maliyyə büdcə xidmətinin rəhbəri Koba Çxitunidze qeyd edib.
Gələn il aşağıda qeyd olunan bu kəndlərdə uşaq bağçalarının inşaası layihəsi həyata keçiriləcək:
Şulaver inzibati vahidliyi
Qasımlı kəndi
Qaçağan kəndi
Cereteli kəndi
Böyük Muğanlı
Kirəc Muğanlı
Kürtlər
Alget (Vinsavxoz)