Ukrayna ordusunun baş komandanından etiraf: “Cəbhədə vəziyyət ağırdır”backend

Ukrayna ordusunun baş komandanından etiraf: “Cəbhədə vəziyyət ağırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəbhədə vəziyyət ağırdır”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı Teleqramda yazıb.

O bildirib ki, vəziyyət mürəkkəbdir, amma idarəolunandır: “Mən Ramşteyn formatında keçirilən görüşdə tərəfdaşlarımızı döyüş meydanındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırdım”.

Qeyd edək ki, Ramşteyn formatında görüş noyabrın 22-də videokonfrans vasitəsilə baş tutub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.