“Hazırda Ermənistanın gündəliyinə KTMT-dən çıxmaq və Rusiya bazasının ölkədən çıxarılması məsələsi daxil deyil”.
İnterpress.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.
“İndiki mərhələdə bizim gündəliyimizdə belə bir məsələ yoxdur”, – M. Səfəryan bildirib.
O qeyd edib ki, İrəvanla Moskva arasında işgüzar münasibətlər mövcuddur: “Təbii ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Onlara cavab vermək üçün işimizi davam etdiririk”.