Paris meri Ann Hidalqo paytaxtda 2024-cü il Paris Olimpiadası üçün nəqliyyat hazırlıqlarının vaxtında hazır olmayacağını bildirib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Fransanın TMC telekanalında yayımlanan “Quotidien” proqramına qatılan Paris meri Ann Hidalqo 2024-cü il Paris Olimpiadasına ev sahibliyi etməyə hazırlaşan şəhərdə görülən işləri dəyərləndirib.
Parislilərin hazırda gündəlik nəqliyyat təmin etməkdə çətinlik çəkdiklərini bildirən Hidalqo, olimpiadaların keçiriləcəyi yarış ərazilərinə ictimai nəqliyyatla tam girişi təmin etmək üçün görülən işlərin tamamlanmayacağını qeyd edib:
“2024-cü il Paris Olimpiadasına “hazır olmayacağıq”. Hökumətin bu gecikməyə görə məsuliyyət daşıya biləcəyi sualına Hidalqo dedi: “Hər şeyi birlikdə edirik, ona görə də mən də məsuliyyət hiss edirəm”.
Hidalqonun sözləri hökumətin reaksiyasına səbəb olub.
Nəqliyyatdan məsul nazir Klement Beaune məsələ ilə bağlı meri “gündəm yaratmağa çalışmaqda” günahlandırıb.
“Xanım Hidalqo iş görüşlərində iştirak etmir, lakin onun başqaları üçün ideyaları var. O, bizim ictimai qurumlarımız və parislilər üçün nə qədər hörmətli və ciddidir”, – Beaune deyib.