İŞİD-ə qarşı savaşmaq üçün orduya səlahiyyət veriləcəkbackend

İŞİD-ə qarşı savaşmaq üçün orduya səlahiyyət veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Ağ Evin sözcüsü Coş Ernest bildirib. Onun sözlərinə görə, bunun üçün Konqresdəki iki partiyanın dəstəyini almaq istəyirlər.
11 sentyabr hadisələrindən sonra çıxarılan qanun layihəsi ilə Konqresin İŞİD-ə qarşı hərbi gücdən istifadə etmək üçün lazım olan səlahiyyətə sahib olduqlarını deyən sözcü Konqresin yeni sənəd qəbul etməsinin dünyaya daxildə tam dəstək olmasını nümayiş etdirmək üçün lazım olduğunu söyləyib.

ABŞ mətbuatının yazdığına görə, Ağ Ev, Xarici İşlər və Müdafiə nazirliklərinin, Milli Təhlükəsizlik Şurasının bəzi qurumlarının iştirakıyla hazırlanan sənəd artıq tamamlanmaq üzrədir.

İnterpress.az