22 il küçədə yaşayan qadın Ukraynaya qaytarılırbackend

22 il küçədə yaşayan qadın Ukraynaya qaytarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı İnterpress.az-a “Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova verib: “Bu gün Ukrayna səfirliyi təşkilatımızla əlaqə yaradıb. Beynəlxalq Miqarsiya Təşkilatına onun öz ölkəsinə qayıtmasına yardım üçün müraciət etməyimizi xahiş ediblər”.

1973-cü il doğumlu qadın Azərbaycana gətirilərək daha sonra küçəyə atılıb: “Bu qadın demək olar ki, 22 il küçədə yaşayıb. Ailəsi onun tapılması üçün ölkəsində əlaqədar qurumlara müraciət edib. Nəhayət ki, Ukrayna səfirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə onun yerini müəyyən edib və bizim sığınacağa yerləşdirilib”.
Hazırda həmin qadının ölkəsinə qaytarılması üçün hazırlıq işləri aparılır.

Elnarə
İnterpress.az