Bunu Almaniyaya məxsus “N-TV” kanalı bildirib. İnterpress.az xəbər verir ki, 2014-cü ildə dünyada silinən 796 “Twitter” mesajından 477-i Türkiyənin payına düşür. Sonrakı yerləri 91 müraciətlə Rusiya və 43-lə Almaniya tutur.
Xəbərdə deyilir ki, Türkiyədən tvit silmə müraciətlərinin çoxu vətəndaşların və hökumət üzvlərinin şəxsi nüfuzlarına ziyan vurmalarıyla əsaslandırılır. “Twitter” rəsmiləri müraciətlərin 70%-nə qarşı qanuni tədbirlər görüldüyünü, amma bunların çoxunun müsbət cavablandırılmadığını bildiriblər.
Türkiyədən gələn müraciətlərin son 6 ayda azı 3 dəfə artdığını deyən rəsmilər son dövrdə 62 “Twitter” hesabı və 1820 mesajı ləğv etməyə məcbur olduqlarını deyiblər.
İnterpress.az