İnterpress.az xəbər verir ki, BBC kanalı bu adamla əlaqəyə girib onun məqsədini öyrənib.
“Facebook”da 20 min, “Twitter”də 7 min izləyicisi olan “Ayətullah Tənasüli” deyib ki, bu say İran miqyasında az görsənsə də belə bir profili bəyənmək də cəsarət tələb etdiyindən ciddi rəqəm sayıb.
“Ayətullah Tənasüli” yaratdığı obrazla ikiüzlü, gülünc və mühafizəkar tipləri hədəf alıb. Onun paylaşdığı statuslardan bəzilər bunlardır:
“Tətbiq etdiyiniz zorakılıqdan başqa bütün zorakılıqları şiddətlə qınayırıq”.
\”Fransada bizdəki kimi islami demokratiya olsaydı, o karikaturaçılar qətl edilməzdilər. Çünki onlar 10 il əvvəl edam olunardılar”.
“İslam qadın haqlarına dəyər verir. Xüsusilə də oğlan uşaqlarını doğan qadınlara”.
“Ayətullah Tənasüli” kimliyini bilinən səbəblərdən açıqlamayıb. Təqribən 30 yaşlarındadır və harada yaşadığını bildirmir. Məqsədinin isə “Müsəlmanları əsəbləşdirərək düşünmələrinə səbəb olmaq istəməsi” ilə əlaqələndirib.
İnterpress.az