Terrorçu hesab edir ki, onun saxlanma şəraiti Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, o, 2011-ci il iyulun 22-də Osloda partlayış törətmişdi. Hadisə nəticəsində 8 nəfər ölmüşdü. A.Breyvikin Uteyya adasında törətdiyi atışmada isə 69 nəfər həlak olmuşdu.
O, 21 il həbs cəzasına məhkum edilib, lakin həbs müddəti qeyri-müəyyən müddətə uzadıla bilər.
İnterpress.az