Nazarbayev bu gün hökumətin iclasında çıxış edərkən Orta Asiya ölkələri iqtisadiyyatını dollarsızlaşdırmağa çağırıb, Rusiyanın iqtisadi çətinlikdən şərəflə çıxacağına əmin olduğunu söyləyib: \”Qazaxıstan da bu çətinlikdən çıxacaq. Son vaxtlar rublun dəyərdən düşməsi Qazaxıstan şirkətlərinə pis təsir göstərib\”.
N.Nazarbayev buna görə Qərbi günahlandırıb, bunun xarici amillərlə bağlı olduğunu və bunun Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqının üzvü olması ilə heç bir bağlılığının olmadığını bildirib.
Prezident Mərkəzi Bankı ölkə iqtisadiyyatını dollarsızlaşdırmağa, əhali və şirkətləri isə dollarlarını təngəyə dəyişməyə, pullarını boş yerlərə xərcləməməyə və xarici yox, yerli mallar almağa səsləyib.
İnterpress.az