Aralıq dənizində 300 miqrant öldübackend

Aralıq dənizində 300 miqrant öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınlar üzrə BMT Ali Komissarlığının (UNHCR) nümayəndəsi Vincent Cochetel hadisəni “misli görünməmiş faciə” kimi dəyərləndirib.

Hadisədən salamat çıxan 5 nəfər İtaliyanın Lampeduza şəhərinə gətirilib. Onların Qərbi Afrika sakinləri olduğu bildirilir.

Bazar ertəsi yayılan ilkin məlumatlarda qəza nəticəsində 29 adamın öldüyü göstərilirdi.

UNHCR miqrtantların şənbə günü 4 gəmilə Liviya sahillərindən Avropaya yollandığını bildirib.

Ötən il İtaliya hakimiyyəti dənizdə miqrantların xilas edilməsi üzrə 2013-cü ildən bəri həyata keçirilən əməliyyatları dayandırıb.

İnterpress.az