Bunu İranın Azәrbaycandakı sәfiri Möhsün Pakayin İran islam inqilabının 36-cı ildönümü ilə əlaqədar Bakıda keçirilәn rəsmi qəbulda deyib. O bildirib ki, ölkәsi tez bir zamanda münaqişәnin hәllinә ümid edir.
Sәfirin fikrincə, islam inqilabı müasir dünyanın ən iri inqilabı olub və İran xalqının uzun müddət apardığı mübarizənin nəticəsidir: “İran dinc mәqsәdlәrlә nüvә proqramını inkişaf etdirib, fәzaya insan vә peyk buraxıb, hәrbi potensialını güclәndirib. Bütün bunlar İrana qarşı qanunsuz sanksiyalardan sonra baş verib”.
Diplomat qeyd edib ki, İranla Azәrbaycan arasında әlaqәlәr strateji әhәmiyyәt daşıyır. Onun sözlәrinә görә, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərindәn sonra bu münasibәtlәr daha da inkişaf edib.
Daha sonra çıxış edәn Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran xalqını Azərbaycan hökuməti adından təbrik edib.
İnterpress.az