Ali Məhkəmənin binası boşaldıldıbackend

Ali Məhkəmənin binası boşaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna binada bombanın olması barədə anonim zəng səbəb olub. İnterpress.az xəbər verir ki, binadan təqribən 2 min adam çıxarılıb. Aparılan araşdırmalar zamanı məhkəmə binasında təhlükəli heç bir şey tapılmayıb. Zəng edənin şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, fevralın 9-da yalandan terror xəbəri verən 2 nəfər saxlanılıb. Onlar Moskvadakı Leninqrad və Paveleç vağzallarını gözləyən terror aktı barədə məlumat vermişdilər.

Fevralın 8-də isə telefon xuliqanının zəngi ilə Kursk vağzalından 3 min adam evakuasiya olunmuşdu. Günahları sübut edilərsə onları 3 ilə qədər həbs cəzası gözləyir.

İnterpress.az