İki yol təmirə bağlandıbackend

İki yol təmirə bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda köhnə asfalt-beton örtüyü qaşınaraq çıxarılması işləri aparılır.

“Sabahdan etibarən asfalt-beton örtüyünün vurulması işlərinə başlanılacaq. Təxminən 3-4 gün ərzində bu işlərin tamamilə yekunlaşması gözlənilir”, – deyə qurum rəsmisi bildirib.

P. Mürsəliyev deyib ki, bundan əlavə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Qələbə kinoteatrı qarşısında yerləşən dairəyə qədər olan köməkçi yolda da təmir işlərinə başlanılıb.

Həmin ərazidə də köhnə asfalt-beton örtüyü qaşınacaq, yeni asfalt-beton örtüyü ilə əvəzlənəcək: “Adıçəkilən yolda da yaxın bir neçə gün ərzində işlərin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, Qələbə kinoteatrı qarşısında yerləşən dairədən Tbilisi prospekti istiqamətində gedən köməkçi yolda da təmir işləri aparılacaq”.

İnterpress.az