İnterpress.az BBC-yə istinadən xəbər verir ki, Ukraynanın şərqindəki rusiyapərəst üsyançılar razılığı imzalayıblar.
Minskdə 17 saata yaxın davam etmiş danışıqlardan sonra tərəflər bir sıra məsələr aşağıdakı məsələlər üzrə razılığa gəliblər:
Atəşkəs fevralın 15-dən qüvvəyə minir
Ağır silahılar çıxarılır
Əsirlər hamının-hamıya prinsipi əsasında dəyişdirilir
Poroşenkonun sözlərinə görə Ukrayna ilin sonunadək beynəlxalq sərhədlərini nəzarət altına götürəcək
Angela Merkel bu razılığın ümid üçün əsas yaratdığını bildirməklə yanaşı, ciddi problemlərin də hələ qaldığını qeyd edib.
Hələlik qeyri-müəyyən qalan əsas məsələlərdən biri Debaltsovo şəhərinin statusudur. Şəhərdə mövge tutan ukrayna hökümət qüvvələri üsyançılar tərəfindən mühasirəyə alınıb.
Son günlər ərzində bu ərazidə şiddətli döyüşlər gedib.
Putindən atəşkəs xəbəri
Putin: ayın 15-dən Ukraynanın şərqində atəşkəs balayacaq
Bakı vaxtı ilə saat 13:30 radələrində Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində fevralın 15-dən başlayaraq atəşkəs rejiminin qüvvəyə minəcəyini Minskdə elan edib.
Bundan əvvəl isə Ukrayna prezidenti Moskvanın bəzi təkliflərinin qəbuledilməz olduğunu bildirmişdi.
Ukrayna prezidenti Petro Poroşenko Minskdə gedən danışqlarda hələlik ürəkaçıcı nəyinsə baş vermədiyini bildirərək, Rusiyanın bəzi təkliflərinin qəbuledilməz olduğunu qeyd edib.
Poroşenko Minsk danışıqlarında hələlik ürəkaçıcı nəyinsə baş vermədiyini bildirib
\”Təəsüf ki, danışıqlar barədə hələlik ürəkaçıcı bir xəbər yoxdur. Amma ümidimizi itirmirik\”, Poroşenko jurnalistlərə \”Normand dördlüyünün\” Minsk sammiti barədə danışarkən bildirib.
Xəbər agentliklərinin məlumatına əsasən, sammitin nəticələrinə görə əldə edilməsi gözlənilən razılıqda Ukraynanın şərqində 48 saat ərzində atəşin kəsilməsi nəzərdə tutulacaq.
Minsk danışıqları artıq 14 saaatdan çox davam edir.
Ukrayna, Almaniya, Fransa liderləri Rusiya prezidenti Vladimir Putinlə Donbassda münaqişənin həlli yollarını müzakirə edirlər.
İnterpress.az