Almaniyanın “Bild” agentliyinin verdiyi xəbərdə deyilir ki, İŞİD yay mövsümundə Avropa çimərliklərini partlatmağı planlaşdırır.
Bu xəbəri Almaniya xüsusi xidmət orqanları italiyalı həmkarlarından alıb.
İtaliya xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə, İŞİD terrorçuları Avropa çimərliklərində özlərini suvenir və sərin suların satıcıları kimi təqdim edəcəklər, lakin onlar silahlı və olduqca təhlükəli olacaqlar.
Məlumatda teror aktlarının konkret yerləri kimi İtaliya, İspaniya və Fransa göstərilib.
İnterpress.az